Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

İran rejimi Qərbi Azərbaycanı kürd terrorçuların fəaliyyət meydanına çevirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejimi Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında mühacir kürdlərdən ibarət bufer zona yaratmaq məqsədilə Qərbi Azərbaycanı kürd terrorçularının fəaliyyət meydanına çevirib.

İran rejimi terror təşkilatları olan PKK və PJAK-ı maddi mənəvi himayə etməklə, onların fəaliyyətini Qərbi Azərbaycana yönəldir. Bu istiqamətdə Makı şəhərində İran rejiminin təstəyi ilə kürd terror qruplaşmasına bağlı Milan kimi tanınan mühacir kürd qərəzli şəkildə sərgi təşkil edib.

Lakin bu məqsədli şəkildə təşkil edilən sərgiyə gələn Milan Azərbaycan türklərinin sərt reaksiyasına səbəb olub.

Qeyd edək ki, Rza Milan bundan öncə isə Xoy şəhərində futbol komandası təşkil etməklə Azərbaycan futboluna nüfuz etmək istəyirdi. Laki Azərbaycan Türk Milləti buna mane oldu.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …