Bazar , Oktyabr 18 2026
azfa

Təbrizdə Kərgə əhalisi etiraz edərək Təbriz-Tehran yolunu bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün bir daha Təbrizin çıxışnda yerləşən Kərgə bölgəsinin əhalisi etiraz aksiyası keçirərək Təbriz-Tehran yolunu bağlayıblar.

Əhali şəhərin bu bölgəsində bir neçə il bundan öncədən verilən vədlərin yerinə yetirilməməsi və Təbrizin Kərgə bölgəsində vacib yerüstü dairəvi körpünün tikilməməsinə etiraz edib.

Qeyd edək ki, ötən ilin noyabr ayının 9-da da Kərgə əhalisi geniş etiraz aksiyası keçirərək Təbriz-Tehran yolunu bağlamış və bir neçə kilometrlik avtomobil tıxacının yaranmasına səbəb olmuşdular.

Rejim əhalinin halı tələblərini yerinə yetirmək və yol-təhlükəsizlik qaydalarını riayət etmək yerinə etiraz edən əhalini ağır cəzalandırır.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …