Şənbə , Avqust 22 2026
azfa

Urmiya gölü etirazları ilə bağlı yaxalanan Hüşəng Nağızadə və Mikayıl Qulupur  zindana köçürülüb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Urmiya gölü etirazları ilə bağlı yaxaldığı Hüşəng Nağızadə və Mikayıl Qulupuru Urmiyada zindana köçürüb

Azərbaycanlı milli fəallar Hüşəng Nəğizadə və Mikayıl Qulipur ailələri ilə telefon danışığı zamanı iyulun 17-də Urmiya şəhərinin mərkəzi zindanına köçürüldüklərini deyiblər.

Hər iki fəalın ailəsi Ümumi və İnqilab İstintaq İdarəsinə müraciət edib və onlara bildirilib ki, Huşəng Nağıpurun zaminə buraxılması üçün 700 milyon tümən, Mikayıl Qulupur üçün isə 500 milyon tümənlik girov qərarı qəbul edilib.

Ailələr istənilən girov sənədini hazır etdikdən sonra müstəntiqə bu barədə məlumat versələr də, o fəalları məhkəməyə qədər müvəqqəti olaraq azad etmək barədə qərar çıxarmaqdan imtina edib.

Qeyd edək ki, iyulun 16-da Güney Azərbaycan şəhərlərində Urmiya gölü ilə bağlı etiraz aksiyası keçirilib. İran rejimi çox sayda fəalı yaxalayıb. Bir neçə etirazçının iyulun 16-ı gecə saatlarında yazılı iltizam verdikdən sonra sərbəst buraxılmalarına baxmayaraq, 15 nəfər, o cümələdən Mikayıl Qulipur, Huşəng Nağızadə, Səid Gülməhəmmədi, Fəriba Amuyi və onun həyat yoldaşı  həbsdə saxlanılır.

Həmçinin yoxlayın

İran həbsxanalarında azərbaycanlı fəalların hüquqlarının pozulması: Kameraların tez-tez dəyişdirilməsi, tibbi xidmətlərdən məhrumetmə…

GADTB: Azərbaycanlı milli fəallar İranın Evin, Təbriz, Ərdəbil və digər həbsxanalarında ağır və narahatedici şəraitdə …

Beynəlxalq Jurnalistlər Federasiyası: Xarici KİV-lərlə əlaqəni cinayət sayan qanun layihəsi ifadə azadlığını daha da məhdudlaşdıracaq

GADTB: Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) İran rejimi parlamentinin xarici və guya «düşmən» hesab olunan KİV-lərlə …