İran beynəlxalq nəzarətdən yayınaraq nüvə silahı əldə etməyə çalışır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran molla rejimi Qərbin Rusiya-Ukrayna müharibəsinə qarışmasından istifadə edərək sürətlə nüvə silahı əldə etməyə çalışır. Rejim bu istiqamətdə artıq nüvə mərkəzlərinə quraşdırılmış kameraları da müxtəlif bəhanələrlə sıradan çıxarıb.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İranın nüvə fəaliyyətlərinə nəzarəti Tehran tərəfindən bir çox məhdudiyyətlərlə üzləşdiyi bir vaxtda, agentliyin baş direktoru Rafael Qrossi bir daha İranın nüvə proqramının maksimum sürətlə irəlilədiyi barədə xəbərdarlıq edib.

Qrossi iyulun 22-də İspaniyanın “El Pais” qəzetinə müsahibəsində bildirib: “Son beş həftə” ərzində Agentliyin İranın nüvə fəaliyyətlərini izləmək üçün “çox məhdud” imkanları olub.

O, vurğulayıb ki, İslam Respublikasının nüvə proqramı sürətlə inkişaf etdiyi bir vaxtda, hər hansı razılaşma əldə olunarsa, Tehran tərəfindən bu məhdudiyyətlərin tətbiqi dövründə İranın nüvə fəaliyyətinə dəqiq və etibarlı qiymət vermək onun üçün “çox çətin” olacaq.

Həmçinin yoxlayın

İranda siyasi fəallara məxsus əmlakların müsadirəsi davam edir

GADTB: İran məhkəmə sisteminin sözçüsü “vətən satqınlığı” və “düşmənlə əməkdaşlıq” ittihamları ilə ölkənin müxtəlif bölgələrində …

NYT: Hörmüz bağlandıqdan sonra Rusiya–İran ticarətində Xəzər dənizi əsas marşruta çevrilib

GADTB: “The New York Times” qəzeti mayın 9-da yayımladığı xəbərdə bildirib ki, Hörmüz boğazı bağlandıqdan …