Cümə axşamı , Sentyabr 24 2026
azfa

Təbrizdə “12 Şəhrivər Bəyannaməsi”nin ildönümü ilə bağlı aksiya

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində bir qrup azərbaycanlı milli-mədəni fəal “12 Şəhrivər Bəyannaməsi”nin qəbul edilməsinin 77-ci ildönümü ilə bağlı şəhərin əksər məhəllələrində posterlər yayıblar.

Əsasən divarlara yapışdırlan posterlərin üzərində “12 Şəhrivər Güney Azərbaycanın təşkilatlanma günü”, “Azərbaycan Demokrat Firqəsi” və “12 Şəhrivər 1324” (1945-3 Sentyabr) şüarları yazılmışdır. Qeyd edək ki, 12 Şəhrivər Bəyannaməsi ilə Güney Azərbaycanda Milli Hökumətin qurulmasına başlanılmışdır.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …