Çərşənbə , Sentyabr 23 2026
azfa

İran müxtəlif bəhanələrlə Qaşqay türklərinin yurdlarını əlindən almağa davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay vilayətini bölüb müxtəlif vilayətlərə vermiş İranın irqçi fars rejimi indi də Qaşqay türklərini öz ata-baba yurdlarından çıxarıb, onların ərazisini qəsb etməyə avam edir.

İran rejiminin İsfahan vilayətinə ilhaq etmiş qaşqayların Eymur tayfasının qollarından olan Doğanlı elini yüz illər boyu yaşadıqları ata-baba yurdları Doğanlı kəndi və Dena yaylaqlarından qovmağa çalışır.

Qaşqay türklərinin “Baydaq” saytının yaydığı xəbər görə, İran Kənd Təsərrüfatı Nazirliyi və başqa qurumlar həmin kənddə qaydasız tikintilərin aparıldığı bəhanəsi ilə 150 evin sökülməsi və əhalinin başqa yerlərə köçürülməsi barədə qərar qəbul ediblər.

Məlumatda bildirilir ki, qaşqaylar qərara etiraz edir və bunun onların kampakt yaşamasına mane olmaq üçün edildiyini düşünürlər. Əgər qərar dəyişməsə buna qarşı müqavimət göstərəcəklər.

Qeyd edək ki, qaşqay türkləri əsasən Fars, Kohgiluye və Buyer-Əhməd, İsfahan, Çaharmahal və Bəxtiyari və Buşehr vilayətlərinin yüksək dağlıq ərazilərində yaşayırlar və daha çox maldarlıq və toxuculuqla məşğul olurlar.

İran hökuməti Qaşqay türklərini şəhərlərdə yerləşdirmək və onları dəyişdirmək cəhdlərini davam etdirir. Onların əksəriyyəti şəhərlərdə yaşasa da, əhalinin 10%-i hələ də köçəri mədəniyyətlərini qoruyub saxlaya biliblər.

Həmçinin yoxlayın

ABŞ İranın blokadanın ləğvi tələbini rədd edib

GADTB: “Əl-Ərəbiyyə” kanalı iki ölkənin nümayəndə heyətlərinin Nyu-Yorkda keçirilən görüşündə iştirak edən amerikalı mənbəyə istinadla …

SEPAH müşavirləri Qırmızı dəniz sahillərinin ələ keçirilməsi zamanı husilərin yanında olublar

GADTB: Associated Press çərşənbə günü, 1 Mehr 1405-ci ildə (23 sentyabr 2026) məlumatlı mənbələrə istinadən …