Cümə axşamı , May 2 2024
azfa

Türkiyenin müdafiə sənayesi məhsulları Avropada nümayiş olunacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyenin müdafiə sənayesi şirkətləri Mərkəzi və Şərqi Avropanın ən böyük hərbi sərgisi olan “MSPO 2022”-də iştirak edəcəklər.

Bu il 30-cu dəfə keçiriləcək “MSPO – 2022” beynəlxalq müdafiə sənayesi sərgisinə Polşanın Kielce şəhəri ev sahibliyi edəcək.

MSPO-da 2013-cü ildə “Lider ölkə” olaraq iştirak edən Türkiye sərgidə ikinci dəfə bu statusda yer alacaq.

Milli müdafiə naziri Hulusi Akar rəsmi səfəri çərçivəsində getdiyi Polşada sabah rəsmi açılışı olacaq “MSPO – 2022 sərgisində iştirak edəcək türk şirkətlərinin stendlərini ziyarət edib və səlahiyyətlilərdən məlumat alıb.

Türkiyenin müdafiə sənayesi rəhbərliyinin koordinasiyasında və Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyinin dəstəyi ilə 26 şirkətlə “MSPO – 2022”-də iştirak edəcək. Sərgi zamanı Türkiyenin müdafiə sənayesi şirkətlərinin istehsal etdiyi müxtəlif pilotsuz quru və hava vasitələri, zirehli avtomobil platformaları, silah sistemləri, dəniz sistemləri, elektron sistemlər, sursatlar, simulyatorlar və logistika dəstək məhsulları başda Avropa olmaqla bütün iştirakçılara təqdim olunacaq.

Sərgi zamanı Türkiyenin rəsmi nümayəndə heyəti ev sahibi ölkə rəsmiləri və yarmarkada iştirak edəcək digər ölkələrin nümayəndə heyətləri ilə görüşəcək. Türkiye Milli Pavilyonunda Türkiyenin müdafiə sənayesi və qabaqcıl texnoloji imkanları ilə bağlı məlumatlar sərgi iştirakçılarına, xüsusilə Polşa hərbi idarələrinə təqdim olunacaq, əməkdaşlıq imkanları dəyərləndiriləcək.

Həmçinin yoxlayın

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …

Azərbaycan Türkiyə ilə birgə 5-ci nəsil qırıcı istehsal edəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin TUSAŞ aerokosmik şirkəti Azərbaycanda fəaliyyət göstərəcək yeni …