Cümə axşamı , May 14 2026
azfa

Ukrayna Xersonda İran PUA-larının olduğu mərkəzi məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna ordusu Xerson vilayətində İran PUA-larının idarə olunması və hazırlığı mərkəzinə zərbələr endirib. Bu barədə ukraynalı hərbi jurnalist Andrey Çaplienko məlumat yayıb.

“Kəşfiyyat mərkəzin Skadovsk rayonunun Çulakova kəndində yerləşməsi haqda məlumat əldə edib. Sonrası isə aydındır. 20-yə yaxın PUA məhv edilib”, – jurnalist bildirib.

Bundan başqa mərkəzdə hərbi texnika və sursat anbarı da məhv edilib.

Məlumatı Odessa vilayət administrasiyasının spikeri Sergey Bratçuk da təsdiq edib.

Bu arada isə Ukrayna müharibənin 215-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib. Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 57 200 hərbçi, 2 290 ədəd tank, 4 857 ədəd zirehli döyüş maşını, 1 369 ədəd artilleriya sistemi, 330 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 172 hava hücumundan müdafiə sistemi, 260 ədəd hərbi təyyarə, 224 ədəd helikopter, 3 711 ədəd avtomobil texnikası, 970 ədəd PUA, 241 qanadlı raket, 15 gəmi/qayıq, 131 xüsusi avadanlıq itirib.

Həmçinin yoxlayın

İran 30-dan çox gəminin Hörmüz boğazından keçməsinə icazə verdiyini bildirir

GADTB: İranın hökumətyönlü media qurumları cümə axşamı bildiriblər ki, İran İslam Respublikasının hərbi qüvvələri ötən …

Molla rejimin həbs etdiyi türkmən gənc Məhəmmədrza Mühümianın vəziyyətindən 3 aydır xəbər yoxdur

GADTB: Təxminən 3 ay keçməsinə baxmayaraq, Məhəmmədrza Mühümian adlı Gümbəd Kavuslu türkmən gəncin taleyi və …