Molla rejimi dinc etirazları qətliam edir; Ən azı 76 nəfərin öldürüldüyü təsdiqləndi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, təkcə sentyabr ayının 25-dək İranın ən azı 76 nəfər dinc etirazçını güllələdiyi təsdiqlənib.

İran İnsan Haqları Təşkilatı sentyabrın 25-nə olan hesabatında ölkənin əksər əyalətlərini bürüyən etiraz aksiyalarında hökumət qüvvələri tərəfindən öldürülən 76 nəfərin adını açıqlayıb.

Hesabata görə, Mazandaran əyaləti 25, Qərbi Azərbaycan, Gilan və Kürdüstan əyalətləri hər birində 10 nəfər itki olmaqla siyahıda ilk yerləri tuturlar.

Yayılan videolarda bir neçə şəhərdə rejimin qüvvələri dinc etirazçılara odlu silahlardan atəş açdıqları görünür.

Qeyd edək ki, İran televiziyası sentyabrın 24-də rəsmi məlumatlara istinadən İran rəsmilərinin iğtişaşçı adlandırdığı 41 nəfərin öldüyü barədə məlumat yaymışdı.

İnsan haqları təşkilatları internetə qoyulan məhdudiyyətlər səbəbindən məlumatların gec yayıldığını və ölü sayının rəsmi rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər.

Həmçinin yoxlayın

Türkiyə Ordusu son bir həftədə 43 PKK terrorçusunu zərərsizləşdirilib

GADTB: Son bir həftə ərzində sərhəddən kənarda həyata keçirilən əməliyyatlar nəticəsində 43 terrorçu zərərsizləşdirilib. Milli …

Molla rejimi Şərqi Azərbaycanda hökumətin fəaliyyətlərini ifşa edən tədqiqatçını vəzifəsindən uzaqlaşdırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı tədqiqatçı və ekofəal Əhməd Bayburdi molla rejimin …