Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Azərbaycanlı fəal Möhsün Möhsünzadə girov qarşılığında müvəqqəti sərbəst buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqşi fars rejimin Ərdəbildə həbs etdiyi azərbaycanlı fəal Möhsün Möhsünzadə girov qarşılığında zaminə buraxılıb.

Azərbaycanlı milli fəal oktyabrın 6-da 400 milyon tümən girov qarrşılığında müvəqqəti olaraq məhkəməyə qədər rejimin Ərdəbildəki zindanından azadlığa çıxıb.

Molla rejiminin Ərdəbildəki Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinin hakimi Kamiyar Səlim azərbaycanlı milli fəala qarşı “Təhlükəsizliyi və ictimai asayışı pozmaq üçün toplaşmaq və əlbir olmaq” ittihamı irəli sürüb.

Qeyd edək ki, Möhsün Möhsünzadə sentyabrın 21-i axşam saatlarında Ərdəbilin Ciral parkında rejimin təhlükəsizlik məmurları tərəfindən döyülərək, həbs edilmişdi.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …