İran Ermənistanla iqtisadi və ticarət əlaqələrini inkişaf etdirməyə hazırdır

GADTB: İslam Şurası Məclisinin sədrinin müavini İran-Ermənistan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşdə deyib: “İran potensialı və imkanları olan ölkələrlə iqtisadi və ticarət əlaqələrini yaxşılaşdırmağa hazırdır”.

“Tahlil Bazaar” saytının xəbərinə görə, İran parlamentinin sədrinin müavini Əbdülrza Misri oktyabrın 10-da İran-Ermənistan parlamentlərarası dostluq qrupunun rəhbəri Gevorq Papoyan ilə görüşüb.

İran İslam Respublikasının siyasətində ölkələrin ərazi bütövlüyü və beynəlxalq sərhədlərin qorunub saxlanmasının pozulmaz prinsiplər olmasından ağız dolusu dəm vuran, lakin nədənsə indiyədək Ermənistanı rəsmi səviyyədə işğalçı dövlət kimi tanımayan İran parlamentarisi iddia edib: “İran İslam Respublikası həmişə regionda və beynəlxalq aləmdə sülh və əmin-amanlığın bərqərar olmasının tərəfdarıdır”.

Onun sözlərinə görə, İran İslam Respublikası Ermənistanın suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsini vurğulayır.

Görüşdə Gevorq Papoyan da İran İslam Respublikasının regiondakı mühüm rolu və mövqeyinə toxunaraq deyib: “Biz İran İslam Respublikasını iqtisadi-strateji və təhlükəsizlik üzrə tərəfdaşımız hesab edirik. Regionun qüdrətli ölkəsi kimi İran İslam Respublikası ilə əlaqələr bizim üçün önəmlidir və iki ölkə bir-biri ilə müxtəlif sahələrdə, xüsusilə də iqtisadi-ticarət sahələrində yaxşı əlaqələrə malik ola bilər”.

Sonda erməni deputat İran İslam Respublikası hakimiyyətinin, xüsusilə də İranın dini rəhbərinin ölkələrin suverenliyinə hörmətlə yanaşmaq və ərazi bütövlüyünü qorumaqla bağlı tutduğu müsbət və konstruktiv mövqeyini yüksək qiymətləndirib./ Azad İran

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …