Bazar ertəsi , İyun 29 2026
azfa

Sayın Mikayil Oyta Avstraliyada Türkiyənin Cümhuriyyət Günü tədbirində – şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya-Azərbaycan Assosiasiyası prezidenti və Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayil bəy Oyta oktyabr ayının 28-də Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə Kanbera və Sidneydə təşkil olunan tədbirlərə dəvət olunub və tədbirdə iştirak etmişdir.

Türkiyə Cümhuriyyətinin 99-cı Cümhuriyyət bayramı tədbirləri Avstraliyada Türkiyənin böyük elçiliyində Kanberada sayın Korhan Karakoçun təşkilatçılığı ilə yerli vaxtla saat 13.00-da və Sidney şəhərində Türkiyənin baş konsulluğunda  saat 18.00-da keçirildi.

Kanberada Türkiyənin böyük elçiliyində çoxlu ölkələrinsəfirləri və Avstraliya Federal Parlamentinin bir neçə senatoru və Azərbaycanın Kanberada səfirliyinin təmsilçisi hörmətli Ramil Qurbanov da iştirak etmişdilər .

Sidney şəhərində Türkiyənin baş konsulu sayın Ali Sevimin təşəbbütüsü ilə keçirilən tədbirdə çoxlu baş konsullar, Yeni Güney Uelz (NSW) Parlamentinin millət vəkiləri də qatılmışlar.

Tədbirdən bir neçə şəkli təqdim edirik:

Həmçinin yoxlayın

Evin həbsxanasından aclıq aksiyası xəbərdarlığı: Abbas Lisani və Yusif Kari ayrı-ayrı bölmələrə köçürüləcəkləri təqdirdə aclıq aksiyasına başlayacaqlarını bildiriblər

GADTB: Evin həbsxanasının 7-ci korpusunun 12-ci zalında (karantin bölməsində) saxlanılan azərbaycanlı fəallar Abbas Lisani və …

Ərdəbildə təhlükəsizlik təzyiqləri güclənir: üç azərbaycanlı fəal eyni vaxtda saxlanılıb

GADTB: Bu gün, bazar günü 7 Tir tarixində azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Əli Vasiqi və …