Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimin məmurları Germidə Rza Cudinin ata evinə hücum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin məmurları Germidə Rza Cudinin ata evinə hücum edib.

Dünən Germidə Rza Cudinin ata evinə hücum edən rejimin məmurları azərbaycanlı fəalı həbs etmək istəyiblər. Lakin Rza Cudi evdə olmadığı üçün onlar azərbaycanlı fəalı yaxalaya bilməyiblər.

Azərbaycanlı fəalın yaxınları bildiriblər ki, rejimin məmurları məhkəmə qərarı olmadan evdə axtarış aparıb, fəalın avtomobilini və onun atasını özləri ilə aparıblar.

Hələlik fəalın atası Səyyad Cudinin harada saxlandığı barədə məlumat verilmir.

Həmçinin yoxlayın

Yüzlərlə Amerika şirkəti müqavilələr bağlamaq üçün Özbəkistana gəlib

GADTB: ABŞ dövlət katibi Marko Rubio Səmərqənddə bildirib ki, bu səfərdə onu yüzlərlə Amerika şirkəti …

Təbrizdə azərbaycanlı vəkillər Rza Əkbəri Ədl və Məhəmməd İsmaili Əlafinin saxlanıldığı bildirilir

GADTB: Şərqi Azərbaycan Vəkillər Kollegiyasının üzvləri olan vəkillər Rza Əkbəri-Ədl və Məhəmməd İsmaili Əlləfi Təbriz …