Cümə axşamı , May 2 2024
azfa

Molla rejimin yaxaladığı azərbaycanlı vəkil Qasım Bodi aclıq aksiyasına başlayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi tərəfindən yaxalanan azərbaycanlı vəkil Qasım Bodi aclıq aksiyasına başlayıb.

15 oktyabrda rejimin məmurları tərəfindən yaxalanan azərbaycanlı vəkil Təbriz zindanında təkadamlıq kameraya köçürülüb. Azərbaycanlı vəkil qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.

Rejim azərbaycanlı vəkili şərləyərək, “Ölkənin təhlükəsizliyinə qarşı toplaşmaq və əlbir olma” və “Sistemə qarşı təbliğat”da ittiham edib.

Azərbaycanlı vəkil Qasım Bodi oktyabrın 25-də başqa iki azərbaycanlı vəkil Sina Yusifi və Əmir Mehdipurla birlikdə  qanunsuz olaraq zindanda qeyri-müəyyən vəziyyətdə saxlanılmalarına və hüquqlarının pozulmasına etiraz əlaməti olaraq aclıq aksiyasına başlayacağını bildirmişdir.

Sina Yusifi və Əmir Mehdipur oktyabrın 27-də girov qaeşılığında müvəqqəti olaraq məhkəməyə qədər zaminə buraxılsalar da, Qasım Bodi hələ də rejimin Təbrizdəki zindanında həbsdə saxlanılır.

Qeyd edək ki, azərbaycanlı vəkillər bir neçə gün öncə tanınmış vəkil Sina Yusifinin Təbrizdə etirazlardan sonra 1700 nəfərin rejimin məmurları tərəfindən həbs edildiyini deyib, yaxalananların azadlığa buraxılması üçün müdafiə komitəsinin yaratdıldığını dedikdən sonra həbs ediliblər.

Həmçinin yoxlayın

Molla rejimi Cavad Məhhəmmədifərd və Əlirza Qənbərini həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Urmiya sakinləri Cavad Məhhəmmədifərd və Əlirza …

Güney Azərbaycan Demokratik Türk Birliyindən (GADTB) sayın Şahin bəy Vəlisoya atasının vəfatı münasibətilə başsağlığı mesajı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dəyərli ziyalı və vətənpərvər insan sayın Şahin Vəlisoyun …