Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Molla rejimi tanınmış azərbaycanlı fəal Pərviz Siyabi həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi  tanınmış azərbaycanlı fəal Pərviz Siyabini 6 il həbs cəzasını çəkmək üçün Ərdəbildəki zindanına köçürüb.

Ərdəbildə yaşayan azərbaycanlı fəal Pərviz Siyabi Gürcani noyabrın 9-da yaxalanaraq həbs cəzasını çəkmək üçün rejimin Ərdəbildəki zindanının 16-cı bölməsinə köçürülüb.

Azərbaycan uğrunda milli-mədəni fəaliyyətinə görə yaxalanmış 73 yaşlı ağsaqqal azərbaycanlı fəal bundan öncə rejimin Ərdəbildə yerləşən İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən 16 il həbs cəzası almışdı.

Müxtəlif xəstəliklərdən əziyyət çəkən azərbaycanlı fəal haqqında bu həbs qərarı rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsi tərəfindən 6 ilə həbs cəzası ilə dəyişdirilmişdir.

Molla rejiminin şərlədiyi Pərviz Siyabi “Rejimə qarşı olan media ilə əlaqə saxlamaq və sosial şəbəkələrdə, kütləvi informasiya vasitələrində sistemin bütünlüyünə və təməlinə qarşı çıxmaq məqsədilə müsahibələr vermək, həqiqətə uyğun olmayan məlumatlar dərc etməklə İran İslam Respublikasının müqəddəs sisteminə qarşı təbliğat fəaliyyəti aparmaq”da ittiham edilib.

Molla rejimi ağsaqqal azərbaycanlı fəala qarşı həmçinin “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə real olmayan qrupları idarə etmək” və “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə qeyri-qanuni qruplara və dəstələrə üzv olmaq”da ittiham edib.

Qeyd edək ki, azərbaycanlı fəal Pərviz Siyabi Gürcani 2021-ci il iyulun 25-də molla rejiminin məmurları tərəfindən yaxalanmışı. Azərbaycanlı fəal 5 avqustda dindirilmə müddəti bitdikdən sonra ETTELAAT İdarəsinin təcridxanasında Ərdəbil zindanına köçürülüb və 29 avqust tarixində 250 milyon tümənlik girov qarşılığında məhkəməyə qədər zaminə buraxılmışdı.

Həmçinin yoxlayın

“İran nümayəndə heyəti” ABŞ-la diplomatiyanı bərpa etmək üçün tam səlahiyyətlərlə Nyu-Yorkdadır

GADTB: İran İslam Respublikasının yüksək vəzifəli rəsmisi çərşənbə axşamı, 22 sentyabr 2026-da Reuters-ə bildirib ki, …

İsrail İranla gərginliyin yenidən artması ehtimalına hazırlaşır: “Vəziyyət nəzarətdən çıxa bilər”

GADTB: İsrail mediasının yaydığı məlumatlara görə, Vaşinqtonla Tehran arasında danışıqların nəticəsiz qalmasından sonra ölkənin təhlükəsizlik …