Molla rejimi Təbrizdə daha 4 azərbaycanlı fəalı həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin qüvvələri Təbrizdə daha 4 azərbaycanlı fəalı həbs edib.

Noyabrın 18-də Təbrizdə molla rejimi Sədəf və Ayda Əkbəri, Rza Cami və Əmir Şimali adlı fəalları yaxalayıb.

Həmin azərbaycanlı fəalların hara aparıldıqları və hansı şərayitdə saxlanıldıqları barədə məlumat verilmir.

Həmin azərbaycanlı fəlların molla rejimin qətlə yetirdiyi Aylar Həqqinin noyabrın 18-də Təbrizdə dəfn mərasimində tutulduğu ehtimal olunur.

Həmçinin yoxlayın

Sofiyandakı “Təknam Keyhan Polymer” zavodunda yanğın: ölənlərin sayı üç nəfərə çatdı

GADTB: Təknam Keyhan Polymer zavodunda baş verən güclü yanğın nəticəsində həyatını itirənlərin sayı üç nəfərə …

Ynet: İran rejiminin davranışında “rasional dəyişiklik” gözləmək yanlışdır

GADTB: Ynet qəzetində yayımlanan təhlildə baş redaktor Sur Plasker ABŞ prezidenti Donald Trump-a müraciətlə bildirib …