Ruslar Laçinə əlavə qüvvə topladı; Şuşada sülhməramlılara qarşı aksiya keçirilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanın bir qrup QHT nümayəndəsi və aktivistlər Şuşa şəhərinin girişində Rusiya sülhməramlılarına qarşı aksiyası keçirir.

Aksiya Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədardır.

Aksiya iştirakçıları sülhməramlı qüvvələrin komandanı general-mayor Andrey Volkovun əraziləri gəlməsini tələb ediblər.

Rusiya sülhməramlıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşada etiraz aksiyasının keçirildiyi əraziyə əlavə canlı qüvvə və texnika cəlb edir.

Qeyd edək ki, bu yaxınlarda Azərbaycanın Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı və onun törətdiyi fəsadlarla bağlı ilkin monitorinqi növbəti təxribat nəticəsində baş tutmayıb. Sülhməramlıların Azərbaycana qarşı təxribatlara göz yumması haqlı olaraq etirazlara səbəb olub.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadə rəsmi dəvətlə GAMOH-un qurultayına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) və Güney …

19 May – Atatürkü Anma, Gənclər və İdman Günü münasibətilə Sidneydə festival keçirildi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Avstraliyanın Sidney şəhərində Türk Assosiasiyası, Azərbaycan …