Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi azərbaycanlı cütlüyün zaminə buraxmır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin prokurorluğu Nəyyir Sanandcian və yoldaşı Mehrdad Əlaini 100 gündür ki, qeyri-müəyyən vəziyyətdə həbsdə saxlayır.

Azərbaycanlı cütlük zaminə və məhkəmə gününə qədər müvəqqəti azadlığa buraxılmalı idi. Lakin rejiminin prokurorluğunun müdaxiləsi buna imkan vermir.

Azərbaycanlı cütlük “Aanunsuz toplantılarda iştirak etməklə toplaşmaq” və “ölkənin daxili təhlükəsizliyinə qarşı sövdələşmədə” də ittiham edilirlər. Onlar 2 il həbs və 2 il komendant saatı cəzasına məhkum ediliblər.

Qeyd edək ki, Nəyyir Sanandcian və yoldaşı Mehrdad Əlai oktyabrın 8-də Təbrizin Şahnaz məhəlləsində həbs ediliblər.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …