Molla rejimi azərbaycanlı milli fəalı cərimə cəzasına məhkum edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin Ərdəbildəki Apellyasiya Məhkəməsinin 14-cü şöbəsi Parsabad şəhərindən olan azərbaycanlı mili fəal Şəhruz Süleymanian barədə çıxarılan ilkin hökmünü qüvvədə saxlayıb.

Qərara əsasn azərbaycanlı milli fəalın barəsində çıxarılan 3 aylıq həbs cəzası 5 milyon tümən cərimə  cəzası ilə dəyişdirilib.

Molla rejimi azərbaycanlı fəalı “İctimai rəyi təhrik edərək asayişi pozmaq”da ittiham edib.

Qeyd edək ki, Güney Azərbaycanın Parsabad şəhərində yaşayan azərbaycanlı fəal Şahruz Süleymanian mədəni fəaliyyətinə görə dəfələrlə İran rejimi tərəfindən həbs edilib və təhdidlərə məruz qalıb.

Həmçinin yoxlayın

Ankarada Azərbaycan Mədəniyyət Mərkəzi açıldı

GADTB: Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək. “Report”un Ankara bürosunun xəbərinə görə, bu barədə …

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

GADTB: Azərbaycanda axtarışda olduqları üçün İrana sığınan “Hüseyniyyun” terror qruplaşmasının son həftələr Azərbaycan Respublikasına qarşı …