Molla rejimi azərbaycanlı fəala həbs cəzası verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Güney Azərbaycanın Zəngan şəhərindən olan azərbaycanlı milli fəal Cəmşid Əşrəfini həbsə məhkum etdi.

Molla rejiminin Apellyasiya Məhkəməsi tərəfindən fəalın 7 ay həbs cəzası təsdiq edilib. Qərarın bir ayı icra edilib, qalan müddəti 3 il təxirə salınacaq.

Məhkəmənin qərarında azərbaycanlı fəalın “Hökumət əleyhinə təbliğat aparmaq”da ittiham olunduğu bildirilib.

“Müttəhimin ali təhsilli olmasını nəzərə alaraq, onun etdiyi əməli bilərəkdən və məqsədli şəkildə etdiyinə qərar verilib”, -deyə, məhkəmənin qərarında qeyd olunub.

Qeydedək ki, Cəmşid Əşrəfi noyabr ayının sonlarında məhkəməyə çağrılaraq mühakimə edilib.

Həmçinin yoxlayın

Strateji yüksəklik Azərbaycan Ordusunun nəzarətinə keçdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qazax istiqamətində mühüm əhəmiyyət kəsb edən hakim yüksəklik …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin keçirdiyi görüşlər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …