Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbildə azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə dəstək məqsədilə banner asılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı fəal fevralın 14-də Ərdəbildə yerüstü piyada keçidi körpüsündən banner asmaqla azərbaycanlı siyasi məhbus Abbas Lisaninin sağlıq durumu barədə xəbərdarlıq ediblər.

Azərbaycanlı fəalların hazırladığı bannerin üzərində “Tanınmış azərbaycanlı fəal Abbas Lasani təhlüksizlik təşkilatı, Ərdəbilin prokuroru və cümə imamının göstərişi ilə ağır fiziki vəziyyətinə baxmayaraq həbsdə saxlanılır. Ərdəbil Milli Hərəkatı Azərbaycan” yazılmışdır.  

Həmçinin bannerin üzərində Abbas Lisaninin fotosu ilə yanaşı, azərbaycanlı siyasi məhbusa təzyiq məsələsində rolu olan Ərdəbilin cümə imamı Həsən Amoli, Ərdəbil prokuroru Abdullah Təbatəbayi və İran ETTELAAT Nazirliyinin loqosu da təsvir edilib.

Qeyd edək ki, Abbas Lisaninin sağlamlıq durumunun pisləşməsi, bir neçə xəstəlikdən əziyyət çəkməsi və müalicə olunması ilə bağlı həkimlərin rəyinə baxmayaraq, onun tibbi məzuniyyətə buraxılmasına icazə verilmir. Halbuki, Abbas Lisanini müayinə edən həkimlər onun sağlıq durumunun ağır olduğu və yenidən əməliyyata ehtiyac olduğunu bildirmişdilər

Azərbaycanlı siyasi məhbus Abbas Lisani keçən il əməliyyat olunduqdan sonra həkimlərin tibbi məzuniyyətinin müddətinin uzadılması barədə arayışlarına baxmayaraq, ETTELAAT-ın təzyiqi və rejimin Ərdəbildəki prokuroru Abdullah Təbatəbayinin göstərişi ilə onun məzuniyyət qərarı ləğv edilərək avqustun 27-i günorta saatlarında zindana salınmışdı.

Abbas Lisani 2019-cu ilin iyul ayında 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilmişdi.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …