Şənbə , Oktyabr 17 2026
azfa

Elşən İncəsənət Qrupunun səyi ilə; Urmiyada türkcə “Ədalət” nümayişi səhnələşdirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya Mədəniyyət Kompleksində “Ədalət” teatrının təqdimatında türk dilində Qulamhüseyn Saidi tərəfindən yazılmış “Gözə qarşı göz” tamaşası nümayiş olunub.

“Gözə göz” əsəri haqsızlığın hökm sürdüyü bir cəmiyyətdə olan şahdan bəhs edir. Hökmdar xalqın gözünü kor edərək, elmdən məhrum etməklə öz qəddarlığını, zülmünü təbliğ edir. Əsər cəmiyyətdə birlik və həmrəyliyin olmamasından istifadə edən hökmdardan bəhs edir, insanların qəddar zülmün davam etdirilməsinə səbəb olduğu dünyanı təsvir edir.

Tamaşa 21 fevrala kimi nümayiş olunacaq. Tamaşanı izləmək istəyənlər biletləri saytından ala bilərlər.

http://tiwall.com/p/edalat

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …