Bazar , Oktyabr 18 2026
azfa

Molla rejimi Azərbaycan Şəhid Mədəni Universitetinin 20-yə yaxın öyrəncisini intizam komitəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Azərbaycan Mədəni Universitetinin öyrəncilərini İntizam Komitəsinə çağırıb.

Son bir həftə ərzində universitetin 20-yə yaxın öyrəncisi İntizam Komitəsinə çağrılaraq, təhdid ediliblər.

Öyrəncilər son ayların etirazlarından sonra Azərbaycan Mədəni Universitetinin təhlükəsizlik şöbəsinin şikayəti ilə aşağıdakı ittihamlarla qarşılaşıblar:

– Bütün universitet işlərini və proqramlarını pozmaq, kəsmək və ya narahat etmək;

– Öyrənci vəzifələrinə əməl etməmək;

– İslami və ya milli ayinləri, müqəddəs şeyləri, ölkənin rəsmi dinlərini təhqir etmək və ya İslam Respublikası sisteminə qarşı hərəkətlər etmək;

– Kütləvi iğtişaşlar yaratmaq və iştirak etmək.

Qeyd edək ki, molla rejimi kütləvi etirazlardan sonra universitet öyrəncilərinə təzyiq göstərib, onların bir sırasını müəyyən müddət təhsildən məhrum edib.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …