Bazar ertəsi , Sentyabr 21 2026
azfa

Molla rejimi 2 Naxçıvan sakinini Azərbaycan bayrağına görə həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbrizdə iki Naxçıvan sakinini həbs edib. Şərur rayonunundan olan Quliyev Vüsal və Rövşən Seyid Güney Azərbaycandan müxtəlif mallar gətirərək xırda ticarətlə məşğuldurlar. İranla sərhədlər bağlandıqdan sonra onlar alternativ keçid yolu axtarıblar və Türkiyədən bu ölkəyə keçmək qərarına gəliblər.

Martın 18-də Doğu Bəyazitdən Güney Azərbaycana keçən bu şəxslər Təbrizə yollanıblar. Bir neçə gündən sonra onların ailələri ilə əlaqələri kəsilib. Bu yaxınlarda ailələrinə zəng etməyi bacaran vətəndaşlar Təbrizdə həbs olunduqlarını və zindanda saxlanıldıqlarını bildiriblər.

Saxlanılan şəxslərin maşınlarının üzərinə Azərbaycan bayrağını yapışdırdıqları və bu səbəbdən İran kəşfiyyatının diqqətini cəlb etdikləri bildirilir. Onlar təxribat törətmək məqsədilə İrana gəlməkdə şübhəli bilinirlər. Təxribatlarını “sübuta yetirən” yeganə dəlil isə maşınlarında gəzdirdikləri Azərbaycan bayrağı olub.

Həmçinin yoxlayın

Tehranda qadınlar marafonuna görə cinayət işi açılıb

GADTB: Tehranda qadınlar arasında qaçış yarışının keçirilməsindən sonra Tehran Prokurorluğu bu tədbirin təşkilatçıları və məsul …

Molla rejimin Ermənistandakı səfiri Zəngəzur dəhlizinə qarşı olduqlarını deyir

GADTB: İranın Ermənistandakı səfiri Xəlil Şirqulami bu dəfə ABŞ-ı bəhanə edərək, ABŞ-nin İran sərhədləri yaxınlığında …