Çərşənbə , Avqust 26 2026
azfa

İran və Ermənistanın günahı üzündən Ərdəbildə mədə xərçəngi tüğyan edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil Tibb Elmləri Universitetinin Səhiyyə məsələləri üzrə prorektoru, doktor Məhəmməd Cəfərzadə müsahibəsində deyib: “Ərdəbil əyalətlər arasında mədə xərçənginə görə birinci yerdədir”.

Lakin o, bu əyalətdə mədə xərçənginin geniş yayılmasının səbəblərini qeyd etməyib.

Araşdırmalar göstərir ki, Ermənistandakı Metsamor Atom Elektrik Stansiyası və mis mədənlərinin tullantıları və sularının Araz çayına axıdılması və nəticədə çayın kirlənmiş suyu ilə əkin sahələrinin suvarılması, eləcə də əhalinin içməli suyunun bir hissəsinin buradan təmin edilməsi Araz çayının cənub sahillərindəki bölgələrdə xərçəng xəstəliyinin yayılmasına səbəb olub.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …