Cümə , Oktyabr 16 2026
azfa

Qərbi Azərbaycanda azərbaycanlıların torpaqları müsadirə olunur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, güney azərbaycanın Urmiya bölgəsi ətrafında torpaqların müsadirə olunması etirazlarla qarşılanıb.

Əyalət mərkəzinə yaxın bölgədə yerləşən Qarahəsənli kəndinin sakinləri əkin və otlaq sahələrinin hökumət tərəfindən qanunsuz şəkildə ələ keçirildiyini bildiriblər.

Dövlət səviyyəsində baş verən quldurluqdan narazılıqlarını bildirən qarahəsənlilər etiraz aksiyası keçiriblər.

Onlar hökumət məmurlarının bu qanunsuz hərəkətləri və otlaq sahələrinin mənimsənilməsi səbəbindən heyvandarlıqla məşğul ola bilməyəcəklərini söyləyiblər.

Müxtəlif plakatlar qaldıran qarahəsənlilər bu qanunsuzluq qarşısında müqavimət göstərəcəklərini və canları bahasına da olmuş olsa, hüquqlarını müdafiə edəcəklərini vurğulayıblar.

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …