Şənbə , Oktyabr 17 2026
azfa

Ermənistan İran dronları və iri çaplı silahlarla Azərbaycan ordusuna hücuma keçib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Ermənistan sərhədində toqquşmalar davam edir.

Ermənistan tərəfi Azərbaycan Ordusunun mövqelərinə qarşı kamikadze dronlardan fəal şəkildə istifadə edir. İndiyədək beş güclü partlayış qeydə alınıb.

“İlkin məlumatlara görə, söhbət İran istehsalı olan dronlardan gedə bilər”, – məlumatda qeyd edilib.

Ermənistan silahlı qüvvələrinin bölmələri təxribatlarını genişləndirmək məqsədilə iriçaplı silahlar və minaatanlardan istifadə etməklə mövqelərimizi atəşə tutmağa davam edir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən qətiyyətli cavab tədbirləri görülür.

Həmçinin yoxlayın

Tanınmış Azərbaycan şairi, “Ayrılmaz” təxəllüslü Yaqub Əhmədvənd vəfat edib

GADTB: “Ayrılmaz” təxəllüsü ilə tanınan, müasir Azərbaycan ədəbiyyatının görkəmli şairlərindən Yaqub Əhmədvənd bir müddət xəstəlikdən …

SEPAH zabitləri Yəməndə ön cəbhədə husilərin hücumlarını yönləndirməyə kömək edirlər

GADTB: İran İslam Respublikası Yəməndəki husilərə hərbi, kəşfiyyat və əməliyyat dəstəyini artırıb. Tehran Səudiyyə Ərəbistanına …