Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Molla rejimi Qaşqay türklərinin konsertinə mane olur

İran Təhsil Nazirliyinin təhlükəsizlik qüvvələri Fars əyalətinin Fəraşbənd şəhərində keçirilən qaşqay türklərinin türkcə konsert proqramınının davam etməsinə imkan verməyib. Bu barədə qaşqay sosial media fəalları məlumat yayıb.

Məlumatda iki qaşqay millət vəkili, keçmiş təhsil naziri və Fəraşbənd şəhərinin Təhsil İdarəsinin də iştirak etdiyi konsert proqramının yarımçıq dayandırıldığı, sənətçilərin məcburi şəkildə zaldan çıxarıldıqları bildirilib.

Konsert proqramında tanınmış qaşqay skripka ifaçısı, ustad Xəşayar Şəhna, qaşqay müğənni Məhəmməd Radfər və başqa məşhur qaşqay sənətçilərin ifaları nəzərdə tutulsa da, məmurlar buna imkan verməyib.

Qeyd edək ki, İranın cənub və mərkəzi bölgələrində yaşayan Qaşqay türklərinin ortalama sayı 3 milyondur. İranın Kohgiluyə və Boyer-Əhməd, İsfahan, Fars, Xuzistan və Buşəhr əyalətlərində yaşayan qaşqay türklərinin torpaqları “Qaşqay yurdu” adı ilə tanınır.

Həmçinin yoxlayın

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

İrqçi fars rejimin Xəzərin türk adını dəyişmək üçün yeni cəhdi

GADTB: İran İslam Respublikasının Mədəni İrs, Turizm və Sənətkarlıq naziri Seyid Rza Salehi-Əmiri “Xəzər” adının …