Cümə axşamı , May 7 2026
azfa

Molla rejimi azərbaycanlı siyasi məhbus Əlirza Fərşi sürgünə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi yenicə həbsdən çıxmış azərbaycanlı siyasi məhbus Əlirza Fərşini mayın 15-də yenidən Tehranın Evin həbsxanasında yerləşən “Şəhid Müqəddəs” Prokurorluğunun cinayət hökmlərinin icrası idarəsinə çağırıb.

Azərbaycanlı fəal özünün sosial media heabında yazıb ki, məhkəmə nümayəndəsi Məhəmməd Mehrdadi ondan giriş məktubu ilə sürgün qərarının icrası üçün Xuzistan əyalətinin Bağməlik şəhərinin məhkəməsinə getməsini tələb edib.

Azərbaycanlı fəal məhkəmə nümayəndəsinin tələbinə etiraz etdiyini yazaraq, bildirib: “3 il müddətinə həbsdə, nəzarətdə oduğum üçün işləyə bilmədiyimi və bu müddət ərzində bütün imkanlarımın tükəndiyini dedim.

Tanımadığım şəhərdə heç bir vəsait və işim olmadan yaşamağın mümkün olmadığını bildirib, sürgün yerində hökumətin ən azından yatmağıma yer ayırmasını istədim. O, isə sürgünün həyatının belə olmalı olduğunu deyərək, mənə azadlıqda olduğum üçün şükür etməyimi məsləhət gördü”.

Qeyd edək ki, Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü.

Həmçinin yoxlayın

Türkiyənin müdafiə şirkəti PUA-lara qarşı hazırlanmış iriçaplı pulemyotların ixracına başlayıb

GADTB: Türkiyənin müdafiə şirkəti Samsun Yurt Savunma (SYS) helikopterlərdən pilotsuz uçuş aparatlarını (PUA) və dronları …

İraq Türkiyədən hava hücumundan müdafiə sistemləri alır

GADTB: İraq neft yataqları və diplomatik nümayəndəlikləri qorumaq məqsədilə Türkiyədən 20 ədəd hava hücumundan müdafiə …