Şənbə , Oktyabr 17 2026
azfa

Ərdəbil bölgəsində yaşıllıq zolağı məhv edilir-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil bölgəsində yaşıllıq zolağı məhv edilir. Ətraf mühit və sosial media fəallarının verdiyi məlumata görə, Ərdəbil şəhərində böyük ərazini əhatə edən yaşıllıq zolağı dağıdılır.

Ərdəbil Şəhərinin Bəsic meydanının yaxınlığında yerləşən Səminəjad və Şəriət bağı kimi tanınan  9 hektar ərazidə olan uzun ömürlü ağaclar kəsilir.

Ətraf mühit fəalları xüsusilə son illər Ərdəbildə yaşıllıq zolaqlarının məhv edildiyini və şəhərin ekoloji durumunun günü-gündən ağırladığını bildirirlər.

Qeyd edək ki, bundan öncə bələdiyyə idarəsi yaşıllıq zolağının park kimi istifadəyə veriləcəyini bildirsə də, bu baş tutmayıb.

Bağ hasara alındıqdan qısa müddət sonra oradakı ağacları kəsməyə başlayıblar.

Həmçinin yoxlayın

Əhərin Zəglik kəndində 800 illik çinar ağacı tualet tikintisi bəhanəsi ilə kəsilib!

GADTB: Əhərin Zəglik kəndində yerləşən, yaşı 800 ildən çox olan və milli səviyyədə qeydə alınmış …

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …