Bazar , Oktyabr 18 2026
azfa

Azərbaycanlı fəal Hüseyn Amani Təbriz zindanına köçürüldü, başqa fəalların istintaqı davam edir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi Təbrizdə yaşayan azərbaycanlı milli-mədəni fəal Hüseyn Amanini Təbrizdə zindana köçürüb, lakin yaxalanan başqa fəalların istintaqı davam edir.

Beləki Hüseyn Amani təhlükəsizlik idarəsinin istintaq təcridxanasında dindirildikdən sonra mayın 25-i Təbriz həbsxanasına köçürülüb.

Bu barədə illi fəalın yaxınları və sosial media istifadəçiləri məlumat yayıblar. Onun nədə ittiham olunduğuna dair hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, son bir neçə gündə və Xordad qiyamının ildönümü ilə eyni vaxtda azərbaycanlı milli-mədəni fəallar Davud Şiri, Həmzə Vəlizadə, Cavad Əhmədzadə Kiqal, Əlirza Səbri Qazan, Ruhullah Əhmədinejad, Hüseyn Əmani Nadarlı, Məhəmməd Rza (Araz) Əmani yaxalanıblar.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …