Cümə axşamı , Avqust 27 2026
azfa

Urmu və Yağış adlı iki azərbaycanlı körpəyə 4 ay mübarizədən sonra doğum şəhadətnaməsi verildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Təbrizdən olan Urmu və Yağış adlı iki Azərbaycanlı körpənin valideynləri 4 ay davam edən hüquqi mücadilədən sonra doğum şəhadətnaməsi ala biliblər.

Bağırpur ailəsinin bildirdiyinə görə, Yağış adına daha öncə doğum şəhadətnaməsi verildiyi üçün Yağış üçün doğum şəhadətnaməsi verilirmiş, ancaq Urmu adı üçün Qeydiyyat İdarəsi kimlik vəsiqəsi verməkdən imtina edib. Ancaq əkizlərin eyni vaxta kimlik alması gərəkir və bu iki körpə 4 ay davam edən mücadələdən sonra kimlik vəsiqəsi ala biliblər.

Qeydiyyat İdarəsinin valideynlər tərəfindən seçilən adlara qarşı çıxması və kimlik vəsiqəsinin verilməməsi ilk hal deyil. Daha öncə bir sıra uşaqların valideynləri, o cümlədən “Türk Ay”, “Yağış”, “Atakan”, “Oğuz”, “Alp Arslan”, “Ana”, “Volkan”, “Tarkan” və seçilən digər türk mənşəli adlar üçün kimlik vəsiqəsi ala bilmədiklərini bildirmişdilər.

Həmçinin yoxlayın

“Teodor Ruzvelt” təyyarədaşıyan gəmisi Yaxın Şərqə gəlir; ABŞ-ın İran rejiminə qarşı dənizdəki mövcudluğu davam edir

GADTB: ABŞ Hərbi Dəniz Qüvvələri bölgədə təyyarədaşıyan gəmilərinin davamlı mövcudluğunun tərkib hissəsi olaraq, təxminən 5 …

Molla rejimi İrandakı yoxsulluqla bağlı statistikanı açıqlamaqdan imtina edib: “Təhlükəsizlik qadağası var”

GADTB: Hökumət sözçüsü Fatimə Mühacirani videomüsahibəsində İranda yoxsulların sayının nə qədər olması ilə bağlı suala …