Molla rejimi Muğanda seldən əziyyət çəkənlərə yardım ayırmır-Video

GADTB: Güney Azərbaycanın Biləsuvar və Germi bölgələrində baş verən sel daşqınları nəticəsində xəsarət alan minlərlə insan köməksiz qalıb.

Əlaqədar dövlət qurumlarının vətəndaşlara yetərli yardım etmədiyi üçün, güneyli könüllülər öz vəsaitləri hesabına bölgə əhalisinə yardım etməyə başlayıblar.

Qısa müddətdə bir çox bölgələrdən içməli su və ərzaq dolu yardım maşınlarının bölgəyə yola düşməsi təəccüblü görünsə dı, hökumət məmurlarının narahatlığına səbəb olub.

Könüllülərin və sosial media fəallarının verdiyi məlumata görə, hökumət məmurları yardım aparan maşınları saxlayaraq polis bölmələrinə yönləndirib.

Bir həftə əvvəl Məçitli kəndini sel basıb, evlər, soydaşlarımızın təsərrüfatı məhv olub, işməli suyun təchizatı dayandırılıb. Günlər keçsə də, molla rejimi hər zaman olduğu kimi, nə problemi aradan götürür, nə də içməli su göndərir.

Sakinlər bildirirlər ki, onların köməyinə digər şəhərdən olan azərbaycanlılar gəliblər. Hal-hazırda yardım paylarına möhtac qalan Məçitli kənd sakinləri, hökümətdən kömək istəyirlər.

 “Bu fəlakət İsfahanda, Kirmanşahda, Yəzddə olsaydı, qiyamət düşərdi. Farsların yaşadığı şəhərlərdə olardı, dərhal kömək gələrdi, amma bura Azərbaycandır, azərbaycanlılar yaşayırlar deyə dövlətin vecinə deyil. Dövlət məmurlarından biri belə gətirib bizə 20 litrlik su verməyib”, – deyə sakinlərdən biri molla rejiminin biganəliyindən danışıb.

Həmçinin yoxlayın

Molla rejimi həbs eydiyi azərbaycanlı milli fəalın həyat yoldaşını da ETTELAAT İdarəsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi mayın 15-də Kərəc şəhərində həbs …

Türkiyənin Avropada ikinci güclü orduya malik olduğu açıqlamndı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Ordusunun Avropada ikinci və NATO-da üçüncü ən …