Çərşənbə axşamı , Avqust 25 2026
azfa

Azərbaycanlı fəal Əkbər Azad sürgünə göndərilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı fəal  Əkbər Azad dünən molla rejimi tərəfindən 2 il sürgünə göndərilib.

Artıq azərbaycanlı fəal İlam əyalətinin Dərəşəhr şəhərinə yola düşüb.

Qeyd edək ki, Əlirza Fərşi və digər fəallar 2013-cü ildə Beynəlxalq Ana Dili Günündə Baharistan şəhərində həbs olunublar. Bu fəallar arasında Əkbər Azad, Əli Babalu, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Manafi hər biri 2 il həbs və 2 il müxtəlif şəhərlərdə məcburi sürgün cəzasına məhkum edilib, digər fəallar barəsində isə həbs qərarı verilmişdi.

Əlirza Fərşi bu il fevralın 8-də həbsxanadan buraxılıb. Əlirza Fərşi ana dili sahəsindəki dinc fəaliyyətlərinə görə, 2020-ci ilin iyul ayının 21-də yaxalanıb və Tehran şəhərinin Evin zindanın, daha sonra isə Fəşafuyə zindanına köçürülmüşdü. O,  2023-cü il fevralın 8-də həbsxanadan buraxılıb.

Həmçinin yoxlayın

ABŞ molla rejimi ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmini sanksiyaya məruz qoyub

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqəli 60-a yaxın şəxs, şirkət və gəmiyə …

Molla rejimin həbs etdiyi Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb; məhbus yoldaşları onun təcili xəstəxanaya köçürülməsini tələb edir

GADTB: Ərdəbil Mərkəzi Həbsxanasında həbsdə saxlanılan azərbaycanlı fəal Əsgər Əkbərzadənin səhhəti ağırlaşıb. Şiddətli qarın ağrısı …