Türkiyənin ilk təyyarə zavodu yenidən işə başlayır

GADTB: Türkiyənin Kayseri vilayətində təyyarə və helikopter hissələri istehsal edən ilk aviasiya zavodu olan TOMTAŞ yenidən işə başlayacaq.

Bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, Məlikqazi bölgəsində tikilən zavodun yenidən işə salınması üçün 205 milyon lirə sərmayə qoyulub. İlk mərhələdə TOMTAŞ-da 50 nəfər işlə təmin olunacaq.

Zavodda qanadlar, qapılar, idarəetmə panelləri və digər təyyarə hissələri, həmçinin helikopter pərvanələri və mühərrik hissələrinin istehsalı planlaşdırılır. Müəssisə ildə 420 min kq-a yaxın məhsul istehsal edə biləcək. Ümumilikdə zavoddan 10 milyon 207 min 500 dollarlıq avadanlıq alınacaq.

Həmçinin yoxlayın

Molla rejimi daxilində çəkişmə ABŞ ilə danışıqları çətinləşdirir

GADTB: “The New York Post” qəzeti yazır ki, İranda hakimiyyət uğrunda daxili mübarizə ABŞ ilə …

Molla rejimi Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir

GADTB: İrqçi fars-molla rejimi məmurlrı Güney Azərbaycan şəhərlərində fəalları həbs etməkdə davam edir. Son həftə …