Şənbə , Sentyabr 19 2026
azfa

Molla rejimi Təbriz universitetinin öyrəncisi İntizam Komitəsinə çağırıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi Təbrizin “Şəhid Mədəni” Universitetinin öyrəncisi Hadi Səttarini Universitetin Nizam-İntizam Komitəsinə çağırıb.

Azərbaycanlı öyrənciyə göndərilən çağırış vərəqəsində onun iyunun 18-də həmin komitədə olması tələb edilib.

Azərbaycanlı öyrənci ona qarşı irəli sürülən ittihamlara cavab verməlidir.

Hadi Səttariyə qarşı “etiraz aksiyalarında iştirak etmək və iğtişaş törətmək”, “müqəddəsləri təhqir etmək”, “tələbəlik statusuna zidd hərəkətlər etmək və universitetin iş və təhsil rejimini pozmaq” ittihamları irəli sürülüb.

Qeyd edək ki, azərbaycanlı öyrənci Hadi Səttari ictimai-siyasi həyatda fəal öyrəncilərdəndir və müxtəlif ictimai və mədəni təşkilatların üzvüdür. O, bu günə kimi mədəniyyət və Azərbaycan türkcəsi və ədəbiyyatı sahəsində də fəaliyyət göstərib.

Həmçinin yoxlayın

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri: İran İslam Respublikası ilə qarşıdurma yekun mərhələdədir

GADTB: ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Donald Tramp administrasiyası İran İslam Respublikası …

Bakıda Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib

GADTB: XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Türk Dünyası Bəstəkarlarının I Qurultayı keçirilib. Açılış …