Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi azərbaycanlı yazıçını Tehranda həbs edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranda yaşayan azərbaycanlı yazıçı və tərcüməçi Taymaz Əfsəri molla rejiminin məmurları tərəfindən həbs edilib.

Rejimin məmurları Taymaz Əfsərinin evinə hücum edib və ona məxsus bir sıra elektron əşyaları, o cümlədən kompüter və telefonu müsadirə ediblər.

Fəalın ailəsinin verdiyi məlumata əsasən, yaxalanan zaman yazıçı bərk döyülüb və nəticədə xəsarətlər alıb.

Yaxalanan azərbaycanlı yazıçı Tehranın Evin həbsxanasına köçürülüb və barəsində “hökumətə qarşı şüar yazmaq” ittihamı irəli sürülüb.

Həmçinin yoxlayın

Xəzərin suyunun azalması bəzi adaları quruya birləşdirir

GADTB: Xəzər dənizindəki Dağıstan respublikasına aid Nordovı adası suyun səviyyəsinin davamlı azalması səbəbindən zamanla materiklə …

ABŞ öz vətəndaşlarını İranı dərhal tərk etməyə çağırıb

GADTB: ABŞ-nin İrandakı Virtual Səfirliyi təhlükəsizlik xəbərdarlığı yayaraq İranın və onunla əlaqəli qüvvələrin dünyanın müxtəlif …