Bazar ertəsi , Oktyabr 19 2026
azfa

Molla rejimi hicaba görə məşhur Mandana kinoteatrını bağladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda 40 ilə yaxındır ki, fəaliyyət göstərən Mandana kinoteatrı “hicaba riayət edilməməsi” bəhanəsi ilə bağlanılıb.

“Tabnak” saytı xəbər verir ki, xəbəri təsdiqləyən Mandana kinoteatrının direktoru Məhəmməd Qased Əşrəfi jurnalistlərə bildirib:

“Tehranın 8-ci rayon Prokurorluğunun göstərişi ilə şənbə günündən etibarən “Əxlaq” polisi tərəfindən kinoteatr möhürlənib. Polis kinoteatrın möhürlənməsinin səbəbini tamaşaçıların hicab taxmaması olduğunu bildirib və bizə 12 yaşlı hicabsız qızın qısa şalvar geyinməsi, habelə başqa bir qadının da hicabsız olduğunu sübut edən iki şəkil göstərib”./ Azad İran

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta rəsmi dəvətlə Türkiyə parlament nümayəndələrinin Avstraliyada türk icması üzvləri ilə görüşünə qatələb

GADTB: Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Urmiya gölünün su səviyyəsi ekoloji normadan 3,5 metr aşağıdır

GADTB: Şərqi Azərbaycan Regional Su İdarəsinin baş direktoru Yusif Qəffarzadə monitorinq stansiyalarının məlumatlarına əsaslanaraq Urmiya …