Cümə axşamı , İyul 30 2026
azfa

Təbriz və Urmuda yüzlərlə şəxs işdən çıxarılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, İranda iqtisadi böhran nəticəsində iş yerləri bağlanır və insanlar işsiz qalır.

Təbriz və Urmiya şəhərində fəaliyyət göstərən “Rifah” mağazalar şəbəkəsinin işçiləri işdən çıxarılıb.

Urmiyada “Rifah” mağazalar şəbəkəsinin 70-ə yaxın əməkdaşı əvvəlcədən xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən işdən çıxarılıb.

İşdən qovulanlara ixtisarların davam edəcəyini və  iyulun sonunda daha 150 nəfərin işdən çıxarılacağını deyiblər.

Bununla yanaşı eyni mağazalar şəbəkəsinin Təbrizdəki bölməsində də 200 işçi işdən çıxarılıb.

Şərqi Azərbaycan əyalətinin Kooperasiya, Əmək və Sosial Rifah Təşkilatının baş direktoru Hüseyn Fəthi işdən çıxarılma faktını təsdiqləyib.

O, “Rifah” mağazalar şəbəkəsinin ziyanla işlədiyini, Tehranda da bir neçə bölməsinin bağlandığını və yaxın gələcəkdə mağazalar şəbəkəsinin İranda tamamilə fəaliyyətini dayandıracağını bildirib.

Həmçinin yoxlayın

Siyamək Mirzayinin həbs müddəti uzadılıb; girov qarşılığında azadlığa buraxılacağı ilə bağlı vəd yerinə yetirilməyib

GADTB: Siyamək Mirzayinin ailəsinə yaxın mənbələrdən daxil olan məlumata görə, azərbaycanlı fəal barəsində bir aylıq …

SEPAH xüsusi təyinatlı qüvvələri İranın qərb sərhədlərinə göndərib

GADTB: SEPAH-a bağlı media hesabı X sosial şəbəkəsində yayımladığı məlumatda bildirib ki, İraq ərazisindən silahlı …