Azərbaycanlı fəaı və sənətçi mühakimə edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal və sənətçi Məhəmmədrza Amani Nadarlının (Araz) Güney Azərbaycanın Şəbüstər şəhərində mühakimə edilib

Molla rejimi Azərbaycan rəqsi müəlliminə qarşı “İran İslam Respublikasına müxalif olan qrup və təşkilatların xeyrinə təbliğat” ittihamı irəli sürüb.

Qeyd edək ki, “Mişov Qartalları” mədəniyyət dərnəyinin məsulu olan Məhəmmədrza Amani bundan əvvəl mayın 21-də həbs edilmişdi.

Azərbaycanlı fəal iyunun 10-da girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı. Onun barəsində son qərarın yaxın günlərdə elan ediləcəyi bildirilib.

Həmçinin yoxlayın

Abbas Lisani və Yusif Karı istintaqda iştirakdan imtina ediblər

GADTB: Azərbaycanlı milli fəallar Abbas Lisani və Yusif Karı istintaq prosesini “şou xarakterli, qeyri-hüquqi və …

Şərqi Azərbaycan vilayətində çox sayda işçi işsiz qalıb

GADTB: Son bir neçə həftə ərzində Şərqi Azərbaycan əyalətində istehsalat sahələrində çalışan daha 2 min …