Bazar , Sentyabr 20 2026
azfa

Urmiyada küçə yürüşü məqsədilə çağırış vərəqələri paylanılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejiminin Urmiya gölünü qurutmasına etiraz olaraq küçə yürüşlərinə çağırış edilib.

Güney Azərbaycanın Urmiya bölgəsində azərbaycanlı fəallar bu şəhərdə küçə yürüşü keçirmək üçün çağırış vərəqələri paylayıblar. 

Azərbaycanlı fəallar Urmiya gölünün İslam Respublikası tərəfindən qəsdən qurudulmasına etiraz olaraq, sentyabrın 27-də saat 17:00-da Azərbaycan şəhərlərində etiraz aksiyası keçirməyə çağırış edib.

Etiraz aksiyasının Urmiyanın İmam və Ətai küçələrinin kəsişməsində baş tutması planlaşdırılır.

Başqa Azərbaycan şəhərlərində də həmin tarixdə şəhərin mərkəzində küçə yürüşü planlaşdırılıb. 

Həmçinin yoxlayın

Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirir

GADTB: Özbəkistan və ABŞ nüvə və radiasiya təhlükəsizliyi, lisenziyalaşdırma, yoxlamalar və fövqəladə hallara hazırlıq sahələrində …

Urmiya şəhərində xarici səfirlər və diplomatlar Azərbaycan geyimi və türkcə şeirlə qarşılanıb – VİDEO

GADTB: Urmiya şəhərinin meri, İslam Şəhər Şurasının sədri və üzvlərinin dəvəti ilə xarici ölkələrin səfirləri …