Cümə , Dekabr 27 2024
azfa

Türk Dövlətləri Təşkilatının Bakı iclası başa çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Bakı Konqres Mərkəzində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclası öz işinə başlayıb.

Tədbirdə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz iştirak edirlər.

TDT-yə üzv və müşahidəçi dövlətlərin Fövqəladə halların idarə edilməsi üzrə Nazirlərinin İkinci İclasının keçirilməsində məqsəd Təşkilata üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumları arasında mövcud əlaqələrin inkişaf etdirilməsi, fövqəladə hallar zamanı birgə və koordinasiyalı fəaliyyətin təşkilinə nail olunması məsələlərinin müzakirəsi və təşkilat çərçivəsində Mülki Müdafiə Mexanizminin yaradılması haqqında Saziş layihəsinin müzakirəsidir.

Günün ikinci yarısında isə Ələt qəsəbəsində “Bakı 2023” beynəlxalq təlimi keçiriləcək.

Türk Dövlətləri Təşkilatının (TDT) üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşü başa çatıb.

İclasın sonunda bəyannamə imzalanıb.

İclasda Türk dövlətləri təşkilatının baş katibi Kubanıçbek Ömürəliyev, Azərbaycan Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Qırğızıstan fövqəladə hallar naziri Boobek Ajıkeev, Özbəkistan fövqəladə hallar naziri Abdulla Kuldaşev, Qazaxıstan fövqəladə hallar naziri Sırım Şaripxanov, Türkiyə daxili işlər naziri Əli Yerlikaya, Şimali kipr Türk Respublikası daxili işlər naziri Dursun Oğuz iştirak edib.

Həmçinin yoxlayın

Salmas düzündə torpaq çökməsi təhlükəli həddə çatıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qərbi Azərbaycan Regional Su Təsərrüfatı İdarəsinin yeraltı su …

Təyyarı qəzasının araşdırılması üçün Türkiyə mütəxəssisləri cəlb edildi

GADTB: AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub. Azərbaycan araşdırmaların …