Şənbə , Oktyabr 17 2026
azfa

İranın Azərbaycandakı səfirliyinin yalanı üzə çıxdı

GADTB: İran səfirliyinin Azərbaycan sərhədinə qoşun və hərbi texnika yerləşdirməsini yalan və saxta adlandırdıqdan cəmi bir gün sonra SEPAH-ın Quru Qoşunlarının “Həmzə Seyid əl-Şühəda” Qərargahının komandiri Əli Əkbərpur Cəmşidiyan sərhədə SEPAH-ın zirehli artilleriya və hərbi texnikasının yerləşdirildiyini təsdiqləyib.

Son bir neçə gündə İranın Azərbaycan sərhədinə qoşun yeritməsinin görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra İranın Azərbaycandakı səfirliyi çərşənbə günü bəyanat yayaraq iddia edib:

“İran hərbi texnikasının sərhədyanı rayonlara yerləşdirməsi ilə bağlı naməlum və qərəzli mənbələrin saxta video və xəbərlər yayması İran Silahlı Qüvvələri tərəfindən qəti şəkildə təkzib edilir”.

Qeyd edək ki, SEPAH komandiri zirehli texnikaların Azərbaycan sərhədinə göndərilməsinin İranın şimal-qərb və qərb əyalətlərində təhlükəsizliyi qorumaq məqsədi daşıdığını bildirib./ Azad İran

Həmçinin yoxlayın

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

GADTB: Ermənistan Azərbaycanla enerji sahəsində əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bunu Rusiya Enerji Həftəsi çərçivəsində ““3+3” …

Molla rejimin əlaltıları Azərbaycana qarşı aksiya keçirdilər

GADTB: Dünən molla rejimin əlaltıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binasının qarşısında Azərbaycanda vahid məktəb geyimi …