Cümə , Sentyabr 11 2026
azfa

Azərbaycanlı milli fəal Babək Rəhməti həbs edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimin məmurları Güney Azərbaycanın Binab şəhərindən olan azərbaycanlı milli-mədəni fəal Babək Rəhmətini həbs ediblər.

Molla rejimin ETTELAAT məmurlarının onu iş yerində həbs edərək naməlum yerə apardıqları bildirilir.

Babək Rəhməti bundan əvvəl 2019-cu ilin dekabr ayında da, Cənubi Azərbaycanda Milli Hökumətinin qurulmasının ildönümü mərasimlərində iştirak etdiyinə görə həbs edilmişdi.

Qeyd edək ki, son bir ay ərzində Güney Azərbaycan şəhərlərində çox sayda milli fəal yaxalanıb.

Həmçinin yoxlayın

Molla rejimi ballistik raketlərin istehsalını bərpa edib

GADTB: “The Wall Street Journal” cümə axşamı, sentyabrın 10-da, ABŞ və regional rəsmilərə istinadən məlumat …

Xalxal mədənlərinin fars rejimi tərəfindən talan edilməsinə başlanılıb

GADTB: Xalxal Sənaye, Mədən və Ticarət İdarəsinin rəhbəri Mustafa Lətifi Xalxal rayonunun Xoruş Rüstəm (Həştcin) …