Türk Dövlətləri Təşkilatı ölkələri media sahəsində əməkdaşlıqlarını artıracaqlar

GADTB: Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə rəhbər şəxslərinin növbəti toplantısı keçirilib.

Paytaxt Bişkekdə mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin müavini Çingiz Esengül Ulunun sədrliyi ilə keçirilən toplantıya Azərbaycan, Türkiye, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Türkmənistandan dövlət rəsmiləri və media rəhbərləri qatılıb.

Toplantıda Türkiyedən Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin İctimai Diplomatiya şöbəsinin müdiri Oğuz Güner, Anadolu Agentliyinin (AA) Strateji Kommunikasiyalar və Xarici Əlaqələr Müdiri Hazal Duran, “TRT Avaz” Xarici Əlaqələr və Korporativ Kommunikasiyalar üzrə məsul işçisi Gökçen Oğan və Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəsmiləri də iştirak ediblər.

Toplantıda TDT-yə üzv ölkələr arasında media sahəsində bilik və bacarıqların mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı illik fəaliyyət planı, Özbəkistanda keçiriləcək 2-ci Beynəlxalq Media Forumu, nazirlik nümayəndələri üçün təlim proqramı, birgə xəbər kanalı və Türk Xəbər Agentlikləri Birliyinin qurulması müzakirə edilib.

Media və informasiya sahəsində əməkdaşlıq üzrə işçi qrupunun iclası çərçivəsində “ChatGPT süni intellekt tətbiqi nümunəsində süni intellektin üstünlükləri və çatışmazlıqları” və “Hibrid müharibələr 21-ci əsrdə təhlükəsizlik təhdidi” mövzulu iki yığıncaq keçirilib.

Həmçinin yoxlayın

Bloomberg: “CENTCOM İran ərazisinə nüfuzetməni artırmaq üçün hipersəs raketlər yerləşdirməyə çalışır”

GADTB: Bloomberg xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı İslam Respublikasına qarşı mümkün istifadə üçün Yaxın …

Molla rejimin həbs etdiyi təbrizli gənc Aydın Milanın taleyindən 20 gündür xəbər yoxdur

GADTB: Təbriz sakini, 25 yaşlı azərbaycanlı gənc Aydın Milan təxminən 20 gün əvvəl molla rejimin …