Bazar , Oktyabr 18 2026
azfa

Dünya Bankından xəbərdarlıq: “Xəzərdə ticarət gəmilərinin fəaliyyəti risk altındadır”

GADTB: Dünya Bankı yaydığı bəyanatda Xəzərin suyunun səviyyəsinin azalması və bunun dənizdəki sahil limanlarının tikintisi layihəsi üçün mümkün fəsadlar barədə xəbərdarlıq edib.

Məlumata əsasən, Dünya Bankı Azərbaycanda iki sahil limanı olan Ələt və Qazaxıstanın Aktau limanlarını xüsusi qeyd edib və Xəzərin səviyyəsi 2024-cü ildə azalmağa davam edərsə, dənizdəki sahil limanlarının tikintisi prosesində böyük problemlər yaranacağını vurğulayıb.

Xəzər dənizinin su səviyyəsinin rekord həddə azaldığı və bu problemin dəniz naviqasiyası, ticarət gəmilərinin hərəkəti, habelə limanların tikintisi kimi məsələləri ciddi problemlərlə üzləşdiyi bildirilir.

Dünya Bankı onu da vurğulayıb ki, illərdir Xəzər sularında üzən bir çox ticarət gəmiləri indi də dənizdə üzmək iqtidarında deyil./ Azad İran

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …