
GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dekabrın 11-i və 12-də 21 Azər Hərəkatı – Cənubi Azərbaycan Milli Hökumətinin qurulmasının ildönümü ilə bağlı aksiyalar Güney Azərbaycan şəhərlərində davam edib.
Təbrizin küçələrinin divarlarına və ictimai yerlərə yapışdırılan posterlərdə “21 Azər Bütöv Azərbaycandan Türküstana gedən yoldur” şüarı yazılıb.
Təşəbbüsçülər bildiriblər ki, məqsədləri Azərbaycanın bütövləşməsi, İranın başqa bölgələrində yaşayan türklərlə birlikdə vahid Türküstan dövləti və ittifaqı yaratmaqdır.
GADTB Güney Azərbaycan Demokratik Türk Birliyi