Cümə axşamı , Sentyabr 10 2026
azfa

Urmiya gölündə ekoloji fəlakətlə bağlı rəisiyə müraciət

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiya gölünün quruması nəticəsində meydana gələn ekoloji fəlakətlə bağlı İran parlamentinin 50 üzvü prezident İbrahim Rəisiyə məktub yazıb

Bu barədə Urmiya şəhərinin parlamentdəki nümayəndəsi Səlman Zakir açıqlama verib.

Zakiri bildirib ki, məktubda Urmiya gölünün bərpası üçün Xəzər dənizi və Türkiyənin Van gölündən su nəqli layihəsinin təsdiq edilməsi istənilib.

Son məlumata görə, Urmiya gölünün 96%-i quruyub və hökumətin gölün bərpası ilə bağlı vəd verdiyi layihələr həyata keçirilməyib.

Həmçinin yoxlayın

Azərbaycanın Traxtur komandası İran birincisi, Asiyanın beşinci, dünyanın 191-ci komandasıdır

GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada …

ABŞ molla rejimi ən dərin yeraltı nüvə obyektinə zərbə planı hazırlayır

GADTB: ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün …