Cümə axşamı , Sentyabr 10 2026
azfa

Azərbaycanlı fəalı girov qarşılığında zaminə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı fəal və boksçu Kərim İsmayılzadənin məhkəməsi keçirilib.

Azərbaycan Milli Hərakatının fəalı keçirilən dinləmələr zamanı ona qarşı irəli sürülən bütün ittihamları rədd edib.

İsmayılzadə ekoloji fəaliyyətinin onun milli və qanuni öhdəlikləri arasında olduğunu və İran İslam Respublikasının konstitusiyasının heç bir maddəsini pozmadığını bildirib.

Kərim İsmayılzadənin vəkili Əsğər Məhəmmədi də iclasda sənədli və şifahi müdafiə çıxışı ilə konstitusiyanın müddəalarına istinad edərək, ittihamların cinayət olmadığını deyib.

Vəkili Əsğər Məhəmmədi deyib: “Ətraf mühit problemləri üzrə aktivist fəaliyyətləri Azərbaycan aktivistlərinin milli və qanuni məsuliyyətləridir. Həmçinin İranın konstitusiyasında bu fəaliyyətlərə icazə verilib”.

Həmçinin yoxlayın

Azərbaycanın Traxtur komandası İran birincisi, Asiyanın beşinci, dünyanın 191-ci komandasıdır

GADTB: Güney Azərbaycanın “Traktur” futbol klubu “Football Database”in son klub reytinqində İran üzrə birinci, Asiyada …

ABŞ molla rejimi ən dərin yeraltı nüvə obyektinə zərbə planı hazırlayır

GADTB: ABŞ ordusunun İranda yerləşən dərin yeraltı Pikaks dağı obyektinə mümkün zərbəni simulyasiya etmək üçün …