Şənbə , İyun 20 2026
azfa

Türk ordusu türk əsgərlərini şəhid edən 20 terrorçunu məhv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələri İraqın və Suriyanın şimalında yerləşən terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və neft obyektlərinə hava zərbələri endirib. Bununla bağlı Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava əməliyyatları nəticəsində terrorçulara məxsus 29 hədəf məhv edilib.

Türkiyə ordusu İraqın və Suriyanın şimalında 20 terrorçunu məhv edib.

Bildirilib ki, hədəflərə həm qurudan, həm də havadan zərbələr endirilib.

Məlumata görə, ərazidə əməliyyat davam edir.

Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …